Şok qərar: Kriştianu Ronaldu milli karyerasını bitirdi!

Şok qərar: Kriştianu Ronaldu milli karyerasını bitirdi!
01.10.2026 08:29 İdman

Hücumçu Kriştianu Ronaldu Portuqaliya milli komandasında karyerasını başa vurmaq barədə yekun qərar qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə “O Jogo” nəşri məlumat yayıb.

Bildirilib ki, bu qərar artıq verilib və dönməz xarakter daşıyır. Təcrübəli hücumçu bundan sonra Portuqaliya yığmasının şərəfini qorumayacaq.

Millətlər Liqasının 1-ci turunda Uelsə qarşı keçirilən qarşılaşma (1:0) onun milli komandadakı son matçı olub.

Daha əvvəl Ronaldu, baş məşqçi Jezuş tərəfindən hər hansı münaqişənin olmadığı bildirilməsinə baxmayaraq, milli komandanın məşqini tərk edib. Baş məşqçi də mətbuat konfransında Ronaldunun UEFA Millətlər Liqasının 3-cü turu çərçivəsində Danimarka ilə oyunda iştirak etməyəcəyini anons edib. Hücumçunun özü də düşərgəni tərk etməsi ilə bağlı qərarı barədə bəyanatla çıxış edib.

Qeyd edək ki, Ronaldu Portuqaliya yığmasının heyətində keçirdiyi 234 oyunda 146 qol vurub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
01 OKTYABR 2026
Bütün Xəbərlər