Smilovenkodan Avropa çempionatında növbəti medal

Smilovenkodan Avropa çempionatında növbəti medal
27.07.2026 08:45 İdman

Macarıstanda keçrilən kayak və kanoe üzrə gənclər və  23 yaşadək avarçəkənlər arasında Avropa çempionatında təmsilçimiz Tatyana Smilovenko uğurlu nəticə göstərib. 

TodayPress TV xəbər verir ki, kanoeçimiz Seqed turnirində Avropa ikincisi olub.

Milli komandanın üzvü 500 metr məsafədə birnəfərlik kanoe qayığında adını çempionatın mükafatçıları sırasına yazdırıb. Tatyana həlledici mərhələdə finiş xəttini ikinci keçərək gümüş medala sahib olub. 

Xatırladaq ki, bu Tatyana Smilovenkonun milli komanda adından qitə çempionatında qazandığı ikinci medaldır.  O, ötən il Rumıniyanın Piteşti şəhərində təşkil olunan 23 yaşa qədər idmançılar arasında Avropa çepionatında 3-cü yer tutub.

Namiq HUN

FOTOLAR

Smilovenkodan Avropa çempionatında növbəti medal — 1
Smilovenkodan Avropa çempionatında növbəti medal — 2
Smilovenkodan Avropa çempionatında növbəti medal — 3
Smilovenkodan Avropa çempionatında növbəti medal — 4
Smilovenkodan Avropa çempionatında növbəti medal — 5
XƏBƏR LENTİ
27 IYUL 2026
Bütün Xəbərlər