Smart keçmiş klubunun fanatlarını hədəfə aldı: “Ən çirkinlərdir”

Smart keçmiş klubunun fanatlarını hədəfə aldı: “Ən çirkinlərdir”
10.08.2026 12:39 İdman

“Hyuston Rokets”in oyunqurucusu Markus Smart NBA-da ən çirkin azarkeşlərin “Memfis Qrizzliz” klubunu dəstəklədiyini bildirib.

TodayPress TV xəbər verir ki, onun sözlərini Dank “X” sosial şəbəkəsində yayıb.

– Markus, ən çirkin azarkeşlər hansı şəhərdə yaşayır?

– Memfisdə. Onlara heyfim gəlir, çünki Memfis xalq deməkdir. Onlar komandalarını sevir və dəstəkləyirlər, amma bu, sadəcə, belədir. 

Markus Smart iyulun əvvəlində “Hyuston Rokets”lə ümumi məbləği 13 milyon dollar olan ikiillik müqavilə barədə razılığa gəlib.

32 yaşlı basketbolçu ötən mövsümü “Los-Anceles Leykers”də keçirib. O, hər oyunda orta hesabla 9,3 xal, 2,8 ribaund, 3 məhsuldar ötürmə və 1,4 topalma ilə yadda qalıb. Basketbolçunun meydandan dəqiq atışlarının orta göstəricisi 49,7 faiz, üç xallıq atışlarda 33,1 faiz, sərbəst atışlarda isə 82,2 faiz olub.

Qeyd edək ki, Markus Smart 2023-2025-ci illərdə “Memfis Qrizzliz”in formasını geyinib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
10 AVQUST 2026
Bütün Xəbərlər