Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi

Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi
30.07.2026 17:11 İdman

Serbiyalı tennisçi Novak Cokoviç ABŞ-də keçiriləcək Sinsinnati “Masters” turnirində iştirak edəcəyini rəsmən təsdiqləyib.

TodayPress TV Sinsinnati turnirinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 qat “Böyük Dəbilqə” çempionu avqustun 13-23-də təşkil olunacaq nüfuzlu yarışda 2023-cü ildən sonra ilk dəfə mübarizə aparacaq.

Cokoviç turnirin mətbuat xidmətinə açıqlamasında Sinsinnatiyə qayıdacağı üçün sevincini ifadə edib:

“Bu il 2023-cü ildən sonra ilk dəfə Sinsinnatidə çıxış edəcəyəm. Həmin il karyeramın ən yaxşı “Masters” finallarından birini keçirmişdim. Yenidən qayıtmağı və azarkeşlər qarşısında oynamağı səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Novak Cokoviç sonuncu dəfə 2023-cü ildə bu turnirdə iştirak edib və finalda ispaniyalı Karlos Alkarası məğlub edərək çempion olub. 

Serbiyalı tennisçi karyerası ərzində Sinsinnati “Masters”in qalibi adını üç dəfə – 2018, 2020 və 2023-cü illərdə qazanıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Bütün Xəbərlər