Siçan emojisi məhkəməni qarışdırdı: girov qərarı ləğv edildi

Siçan emojisi məhkəməni qarışdırdı: girov qərarı ləğv edildi
12.08.2026 15:26 İdman

NBA-də qanunsuz mərc işi üzrə müttəhimlərdən biri və “Mayami Hit”in sabiq müdafiəçisi Terri Rozirin uşaqlıq dostu Deniro Lasterin girov müqabilində azadlığa buraxılması ləğv edilib.

TodayPress TV xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Qərarı Nyu-York Şərq Dairəsi üzrə federal hakim LeŞann Darsi Holl qəbul edib. Buna səbəb Lasterin girov şərtlərini pozması olub.

Məlumata görə, Laster sosial şəbəkədə şahidlərə təzyiq göstərmək məqsədilə siçan emojisi paylaşmaqda, həmçinin ünsiyyəti qadağan edilən şəxslər və potensial şahidlərlə əlaqə saxlamaqda ittiham olunur.

Məhkəmə iclasında Lasterin vəkili Metyu Evan Korkoran siçan emojisinin sadəcə “siçan cizgi filmi” olduğunu iddia edib. Hakim isə bu ifadəyə etiraz edərək emojinin şahidlərin qorxudulması məqsədi daşıya biləcəyini vurğulayıb.

Vəkilin “Bəzən siçan emojisi sadəcə siçan emojisidir” fikrinə hakim “Bu sizin mövqeyinizdir? Əgər belədirsə, uğurlu mövqe deyil” cavabını verib.

Məhkəmədə Lasterin ünsiyyət qadağasını pozaraq əlaqə saxladığı şəxsin qadağan olunmuş şəxslər siyahısında olmadığı da bildirilib. Hakim isə belə hallarda icazə verilən yeganə əlaqənin vəkilin iştirakı ilə mümkün olduğunu qeyd edib.

Nəticədə Deniro Lasterin girov müqabilində azadlığa buraxılması ilə bağlı əvvəlki qərar ləğv olunub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 AVQUST 2026
Bütün Xəbərlər