Sevimli pilotlar bu dəfə boliddə yox, “Lego” fiqurlarında!
“Formula-1” və “Lego” şirkəti 2026-cı il mövsümünün bütün pilotlarını və bolidlərini əhatə edən yeni kolleksiyanın yaradıldığını açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə hər iki tərəfin birgə layihəsi ilə bağlı məlumat yayılıb.
Təqdim olunan kolleksiyada “Formula-1”də çıxış edən 22 pilotun minifiqurları yer alacaq. Azarkeşlər yeni kolleksiya vasitəsilə sevimli pilotlarını “Lego” fiqurları formasında görə biləcəklər.
“Lego Group”un məhsul və marketinq direktoru Culiya Qoldin bildirib ki, layihə “Formula-1” azarkeşlərinə sevdikləri pilotlarla bağlı yeni və əyləncəli təcrübə yaşadacaq.
Onun sözlərinə görə, kolleksiyanın ilk məhsullarının 2027-ci ilin əvvəlində təqdim edilməsi planlaşdırılır. Bu layihə azarkeşlər üçün nəzərdə tutulan digər “Lego” məhsul və təcrübələrinin də başlanğıcı olacaq.
Namiq HUN
