İngiltərə klublarına fürsət vermədi: “Real” Tçuamenini saxladı!
Madridin “Real” klubu fransalı yarımmüdafiəçisi Orelyen Tçuameni ilə müqavilənin müddətini uzadıb.
TodayPress TV xəbər verir ki, bu barədə İspaniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Tərəflər arasında imzalanan yeni müqavilə 2032-ci ilin yayına qədər qüvvədə olacaq.
Tçuameni cari mövsümdə “Real”ın heyətində 10 oyuna çıxıb. Bunlardan ikisi La Liqada, səkkizi isə UEFA Çempionlar Liqasında baş tutub. Fransalı futbolçu bu görüşlərdə bir məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, yarımmüdafiəçi Fransa millisinin düşərgəsində aldığı zədədən sonra bir müddət bərpa prosesi keçib. Ötən transfer pəncərəsində İngiltərə Premyer Liqasının bir neçə aparıcı klubunun Tçuameni ilə maraqlandığı barədə xəbərlər yayılsa da, mətbuatın məlumatına görə, “Real” futbolçunu satmaqdan imtina edib.
Namiq HUN