Həbibdən ədalət çağırışı: Yaxınlarına qarşı olsa belə, haqqı qoru!

Həbibdən ədalət çağırışı: Yaxınlarına qarşı olsa belə, haqqı qoru!
19.11.2026 12:56 İdman

Keçmiş UFC çempionu, hazırda isə Şöhrət Zalının üzvü olan rusiyalı döyüşçü Həbib Nurməhəmmədov qardaşı Usman Nurməhəmmədov ətrafında yaranan qalmaqal fonunda sosial şəbəkədə dini məzmunlu paylaşım edib.

TodayPress TV xəbər verir ki, Həbib paylaşımında Qurani-Kərimin Nisa surəsinin 135-ci ayəsinə istinad edib.

O, ədalətin qorunmasının vacibliyini vurğulayaraq, hətta insanın özünə, valideynlərinə və yaxın qohumlarına qarşı olsa belə, haqqın müdafiə edilməli olduğunu bildirib.

Nurməhəmmədov paylaşımında qeyd edib ki, varlı və ya kasıb olmasından asılı olmayaraq, hər kəsə qarşı ədalətli davranmaq lazımdır. O, insanların öz istəklərinə uymamasının və həqiqətdən yayınmamasının vacibliyini diqqətə çatdırıb.

Namiq HUN

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər