Şəhid övladı Xankəndidə topa rəmzi ilk toxunuşu etdi
Azərbaycan I Liqasının VIII turu çərçivəsində “Xankəndi” və “Karvan-Yevlax” komandaları arasında qarşılaşma start götürüb.
TodayPress TV xəbər verir ki, yenidən qurulan Xankəndi şəhər stadionunda keçirilən görüşdən əvvəl 44 günlük Vətən müharibəsində şəhid olmuş Fikrət Məmmədovun oğlu İbrahim rəmzi ilk topa toxunub.
Qarşılaşmada ilk fit səslənib. Matçı baş hakim Kamranbəy Rəhimov idarə edir.
Tur öncəsi “Karvan-Yevlax” 13 xalla turnir cədvəlinin 4-cü, “Xankəndi” isə 6 xalla 7-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, yenidən qurulan Xankəndi şəhər stadionunun açılış mərasimində noyabrın 7-də Azərbaycan Prezidenti də iştirak edib.
Jalə Rövşən