Bakıda böyük qarşılaşma öncəsi “Barselona”da itki!
“Barselona” klubunun yarımmüdafiəçisi Rodri UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah”a qarşı keçiriləcək oyunda iştirak etməyəcək.
TodayPress TV xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.
Bildirilib ki, sağ budunun əzələsindən zədə alan 30 yaşlı futbolçu hazırda bərpa prosesi keçir. Kataloniya klubunun rəhbərliyi Rodrinin tam hazır olmadan meydana çıxmasını istəmir.
Yarımmüdafiəçinin yalnız “Sabah”la qarşılaşmadan sonra komanda məşqlərinə qoşulacağı gözlənilir.
Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” - “Barselona” matçı saat 21:45-də başlayacaq.
Namiq HUN