Məleykə Abbaszadədən bunu istədilər - AÇIQLAMA

Məleykə Abbaszadədən bunu istədilər - AÇIQLAMA
19.11.2026 15:30 Gündəm

Dövlət İmtahan Mərkəzinin (DİM) sabiq sədri Məleykə Abbaszadənin Bakı Dövlət Universitetinə (BDU) rektor təyin edilməsi ölkənin təhsil gündəmində geniş müzakirələrə yol açıb. Uzun illər təhsil sistemindəki problemləri tənqid etməsi ilə yadda qalan M.Abbaszadənin ölkənin ən böyük ali təhsil müəssisəsində hansı yeniliklərə imza atacağı və DİM-in bundan sonrakı fəaliyyət istiqamətləri maraq doğurur.

Məsələ ilə TodayPress TV-yə danışan təhsil eksperti Elşən Qafarov bildirib ki, Məleykə Abbaszadənin zəngin idarəçilik təcrübəsi BDU-da ciddi və müsbət dəyişikliklərə zəmin yaradacaq.

Ekspert onun əvvəlki tənqidlərinin də məhz sahəni dərindən bilməsindən qaynaqlandığını vurğulayıb:

"Məleykə xanım kifayət qədər böyük idarəetmə təcrübəsi olan bir şəxsdir və təhsil sahəsini ən yaxşı bilən kadrlardandır. Düşünürəm ki, Bakı Dövlət Universitetinə təyinatı burada istər keyfiyyət, istərsə də nizam-intizam baxımından müsbət dəyişikliyə gətirib çıxaracaq. Əgər vaxtilə tənqid edirdisə, deməli, bu sahəni yaxşı bilirdi ki, tənqid edirdi". 

Elşən Qafarov həmçinin bu kadr dəyişikliyinin təkcə universitet üçün deyil, Dövlət İmtahan Mərkəzi üçün də yeni mərhələnin başlanğıcı olacağını qeyd edib:

"İstənilən halda düşünürəm ki, yeni təyinat Bakı Dövlət Universiteti üçün uğurlu olacaq. Eyni zamanda, Dövlət İmtahan Mərkəzində də yeni islahatlar başlayacaq".

Qeyd edək ki, noyabrın 19-u Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev vəzifəsindən azad edilib və onun yerinə Məleykə Abbaszadə təyin olunub.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər