Emin Əmrullayev BDU-da - Məleykə Abbaszadənin təqdimatı keçirilir
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 noyabr 2026-cı il tarixli sərəncamları ilə Məleykə Mehdi qızı Abbaszadə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək Bakı Dövlət Universitetinin rektoru təyin olunub. Digər sərəncamla Elçin Səfəralı oğlu Babayev BDU-nun rektoru vəzifəsindən azad edilib.
TodayPress TV xəbər verir ki, hazırda Elm və təhsil naziri Emin Əmrullayevin iştirakı ilə yeni rektor Məleykə Abbaszadənin Bakı Dövlət Universitetində təqdimatı keçirilir.
Qeyd edək ki, Məleykə Abbaszadə 2000–2016-cı illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri, 2016–2024-cü illərdə DİM Direktorlar Şurasının sədri, 2024–2026-cı illərdə isə DİM İdarə Heyətinin sədri vəzifələrində çalışıb.