“Real” və “Atletiko”nun sabiq qapıçısı əlcəklərini asdı!

“Real” və “Atletiko”nun sabiq qapıçısı əlcəklərini asdı!
19.11.2026 13:42 İdman

Madridin “Real” və “Atletiko” klublarının sabiq qapıçısı Antonio Adan 39 yaşında futbolçu karyerasını bitirdiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, ispaniyalı qolkiper bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.

Adan yayımladığı videoda futbolçu karyerası ərzində yaşadığı uğur və çətinliklərdən danışaraq ona dəstək olan komanda yoldaşlarına, məşqçilərə, klublara və ailəsinə təşəkkür edib.

“Uşaqlıqda arzuladığım hər şeyi yaşamaq mənə nəsib oldu. Qələbələr qazandım, məğlubiyyətlər yaşadım, ağladım və sevindim. Amma ən əsası, öyrəndim. Mənə bu fürsəti verən hər kəsə təşəkkür edirəm. Futbol mənə hər şeyi verdi. Artıq meydanda onun səsini eşitməsəm də, bunun xatirələrimdə əbədi qalacağını bilirəm. Təşəkkürlər, futbol. Bu, mənim üçün böyük imtiyaz idi”, - deyə Adan bildirib.

Qeyd edək ki, A.Adan “Real”ın heyətində İspaniya çempionu olub, ölkə kubokunu və Superkubokunu qazanıb. “Atletiko” ilə isə UEFA Superkubokuna sahib olub.

Namiq HUN

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər