Səudiyyə Ərəbistanı, yoxsa “MY”? Mateta seçimini etdi!

Səudiyyə Ərəbistanı, yoxsa “MY”? Mateta seçimini etdi!
29.09.2026 14:40 İdman

“Mançester Yunayted” yanvar ayında hücum xəttini gücləndirmək variantlarını nəzərdən keçirir. 

TodayPress TV “TEAMtalk” nəşrinə istinadən xəbər verir ki, “Kristal Pelas”ın hücumçusu Jan-Filip Mateta “qırmızı şeytanlar”ın diqqət mərkəzinə düşüb.

29 yaşlı futbolçunun nümayəndələri artıq “Yunayted” rəhbərliyi ilə əlaqə saxlayıblar.

Bildirilib ki, yeni hücumçunun transferi yanvar keçid pəncərəsi ərəfəsində Mançester təmsilçisi üçün əsas prioritet olacaq. “MY”nun Matetaya olan marağı London klubunun tələb edəcəyi qiymətdən asılı olacaq. Bununla belə, gələn yay futbolçunun müqavilə müddətinin başa çatacağını nəzərə alsaq, yanvar ayı “Kristal Pelas” üçün hücumçudan pul qazanmaq adına son şansdır ki, bu da transferin baş tutma ehtimalını artırır.

Qeyd edək ki, fransalı hücumçu ilə Səudiyyə Ərəbistanı klubları da yaxından maraqlanır, lakin belə bir imkan yaranacağı təqdirdə “Mançester Yunayted”ə keçid Mateta üçün daha cəlbedici variant hesab olunur.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
29 SENTYABR 2026
Bütün Xəbərlər