Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda

Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda
31.07.2026 14:35 İdman

Mark-Andre ter Ştegen “Ayaks”a transfer olunur. 

TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabrizio Romano “X” social şəbəkəsindəməlumat yayıb. 

Məlumata görə, “Barselona”nın almaniyalı qolkiperi Mark-Andre ter Ştegen bu gün Niderlanda yollanacaq. O, avqustun 1-də tibbi müayinədən keçəcək və daha sonra “Ayaks” klubu ilə müqavilə imzalayacaq. Transferin həftəsonu rəsmən açıqlanacağı bildirilir.

Qeyd edək ki, daha əvvəl tərəflər arasında aparılan danışıqların maaş bölgüsü ilə bağlı fikir ayrılığı səbəbindən dalana dirəndiyi və transferin baş tutmaya biləcəyi barədə xəbərlər yayılmışdı. Lakin son məlumata əsasən, keçidlə bağlı bütün maneələr aradan qaldırılıb.

Namiq HUN

XƏBƏR LENTİ
31 IYUL 2026
Bütün Xəbərlər