Serxi Robertodan sürpriz seçim: Karyerasını MLS-də davam etdirəcək

Serxi Robertodan sürpriz seçim: Karyerasını MLS-də davam etdirəcək
10.08.2026 15:54 İdman

“Los-Anceles Qelaksi” “Barselona”nın sabiq yarımmüdafiəçisi və kapitanı Serxi Robertonu azad agent kimi heyətinə qatdığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Kaliforniya klubunun rəsmi saytı məlumat yayıb.

Futbolçunun yeni klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Razılaşmada sözləşməni 2029-cu ilin yayına qədər uzatmaq imkanı da yer alıb.

Serxi Roberto “Barselona”nın yetirməsidir. O, 2006-2024-cü illərdə klubun sistemində olub. Kataloniya təmsilçisinin əsas komandasında bütün turnirlər daxil olmaqla 373 matça çıxan futbolçu 19 qol vurub və 43 məhsuldar ötürmə edib.

Müdafiəçi bundan əlavə, İtaliyanın “Komo” klubunda da çıxış edib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
10 AVQUST 2026
Bütün Xəbərlər