Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama

Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama
31.07.2026 16:19 İdman

Şensnı karyerasını başa vuracağı ilə bağlı sualı cavablandırıb.

TodayPress TV “Sport.es” nəşrinə istinadən xəbər verir ki, “Barselona”nın polşalı qapıçısı Voyçex Şensnı futbolçu karyerasını başa vurmaq ehtimalı ilə bağlı dəqiq plan qurmadığını bildirib.

Onun sözlərinə görə, bir neçə il əvvəl karyerasını bitirməyi düşünsə də, hazırda hələ də yüksək səviyyədə çıxışını davam etdirir.

“Bir neçə il əvvəl karyeramı başa vurmağı planlaşdırırdım. Amma gördüyünüz kimi, hələ də buradayam. Ona görə də gələcəklə bağlı heç nə planlaşdıra bilmirəm. İndi komandada Robert Levandovski olmadığı üçün komanda yoldaşlarımla ispan dilində danışmağa daha çox vaxtım olacaq”, – deyə Şensnı bildirib.

Qeyd edək ki, Voyçex Şensnının “Barselona” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər qüvvədədir.

Namiq HUN

XƏBƏR LENTİ
31 IYUL 2026
Bütün Xəbərlər