Səmərqənddə möhtəşəm zəfər: 11 yaşlı britaniyalı dünya gündəmində!

Səmərqənddə möhtəşəm zəfər: 11 yaşlı britaniyalı dünya gündəmində!
29.09.2026 17:38 İdman

11 yaşlı Böyük Britaniya təmsilçisi Bodhana Sivanandan şahmat tarixinin ən gənc qadın qrosmeysteri olub. 

TodayPress TV “BBC”yə istinadən xəbər verir ki, Sivanandan sonuncu qrosmeyster normasını Səmərqənddə keçirilən 46-cı Şahmat Olimpiadasında yerinə yetirib. 

O, İngiltərə milli komandasının heyətində çıxış edərək 11 partiyada 8 xal toplayıb.

Bu rekorda qədər ən gənc qadın qrosmeyster titulu əvvəlcə Ukraynanı, daha sonra Rusiya bayrağı altında çıxış edən Yekaterina Laqnoya məxsus idi. O, bu titulu 12 yaşında qazanmışdı. 

Çinli Hou Yifan da qadınlar arasında qrosmeyster adını 12 yaşında alıb. Lakin Hou Yifan daha sonra - 14 yaşında həm kişilər, həm də qadınlar üçün nəzərdə tutulan ümumi qrosmeyster dərəcəsinə yiyələnən ən gənc şahmatçı kimi tarixə düşüb və bu titulunu qoruyub saxlayır.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
29 SENTYABR 2026
Bütün Xəbərlər