Sariyevadan böyük uğur! Azərbaycan rekordu yeniləndi
İngiltərənin Birmingem şəhərində atletika üzrə Avropa çempionatı keçirilir.
TodayPress TV xəbər verir ki, Azərbaycan millisinin üzvü Yekaterina Sariyeva qitə çempionatında üç təkanla tullanma növündə mübarizə aparıb.
Atletimiz 13,91 metr nəticə göstərib. Bu nəticə Sariyevaya final mərhələsinə yüksəlməyə imkan verməsə də, o, Azərbaycan rekordunu yeniləyib.
Qeyd edək ki, əvvəlki ölkə rekordu da Yekaterina Sariyevaya məxsus olub. Atletimiz daha əvvəl 13,89 metr nəticə ilə Azərbaycan rekordunu müəyyənləşdirib.
Namiq HUN