“Şamaxı” yayda əsas hücumçusunu itirə bilər

“Şamaxı” yayda əsas hücumçusunu itirə bilər
19.05.2026 11:15 İdman

Karim Rossi karyerasını Qazaxıstanda davam etdirə bilər.

TodayPress TV “amanvibe.kz” saytına istinadən xəbər verir ki, “Şamaxı” klubunun hücumçusu ilə Qazaxıstan Premyer Liqasının iki komandası maraqlanır.

Mənbənin məlumatına görə, isveçrəli futbolçunun cari mövsüm göstərdiyi performans diqqətdən yayınmayıb. 32 yaşlı forvard Azərbaycan Premyer Liqasında keçirdiyi 30 oyunda 9 qol vurub.

Bildirilir ki, Rossi ilə yalnız Qazaxıstan klubları deyil, həmçinin Azərbaycan, Rusiya Premyer Liqası və Səudiyyə Ərəbistanı təmsilçiləri də maraqlanır.

Qeyd edək ki, Karim Rossinin “Şamaxı” ilə müqaviləsi bu yay başa çatacaq. Futbolçunun azad agent statusunda olması onun transfer şanslarını artıran əsas amillərdən biri hesab edilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər