“Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Orhus” (Danimarka) və “Sabah” komandalarının ilk oyununun hakim təyinatları açıqlanıb.
TodayPress TV xəbər verir ki, görüşün baş hakimi sloveniyalı Rade Obrenoviç olacaq.
Ona yan xətt hakimləri olan həmyerliləri Aleksandar Kasapoviç və Qreqa Kordej kömək edəcəklər. Dördüncü hakim funksiyasını Martin Matoşa yerinə yetirəcək.
Qeyd edək ki, “Orhus” və “Sabah” komandaları arasında ilk oyun avqustun 5-də Ranners şəhərində keçiriləcək. Matç Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Namiq HUN