“Sabah”dan inamlı açıqlama: Məqsəd yalnız qələbədir!

“Sabah”dan inamlı açıqlama: Məqsəd yalnız qələbədir!
05.08.2026 08:26 İdman

Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkanın “Orxus” klubu ilə qarşılaşacaq “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas ilk oyun öncəsi fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, litvalı mütəxəssis bu mərhələyə yüksəlməyin hər bir məşqçinin arzusu olduğunu bildirib və komandasının səfər oyununa tam hazır olduğunu vurğulayıb.

Valdas Dambrauskas deyib:

“Orxusda olmaqdan böyük məmnunluq duyuruq. İlk oyuna çox yaxşı hazırlaşmışıq. Rəqibimizi yaxından tanıyırıq. “Orxus”un həm güclü, həm də zəif tərəflərini analiz etmişik. Çalışacağıq ki, öz üstünlüklərimizdən maksimum yararlanaq və meydandan qalib ayrılan tərəf olaq”.

Qeyd edək ki, “Randers” stadionunda keçiriləcək “Orxus” – “Sabah” görüşü Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Komandalar arasında cavab qarşılaşması avqustun 11-də Masazırdakı “Bank Respublika Arena”da təşkil olunacaq.

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
05 AVQUST 2026
Bütün Xəbərlər