“Sabah” səfərdə “İmişli”yə qalib gəldi

İdman

29.11.2025 16:58

Azərbaycan Premyer Liqasının XIII turunda keçirilən “İmişli” – “Sabah” qarşılaşması başa çatıb.

TodayPress TV xəbər verir ki, paytaxt təmsilçisi Quba Olimpiya kompleksinin stadionunda baş tutan matçdan böyükhesablı qələbə ilə ayrılıb – 0:3.

“Sabah” görüşün ikinci yarısında vurduğu ardıcıl qollarla səfər qarşılaşmasından qalib ayrılıb. 

Matçın 54-cü dəqiqəsində Amin Seydiyev vurduğu qolla hesabı açıb – 0:1.

60-cı dəqiqədə Stiv Solvet hesab arasındakı fərqi 2 topa çatdırıb. 

Matçın yekun nəticəsini isə Kahim Parris 93-cü dəqiqədə vurduğu qolla müəyyənləşdirib – 0:3.

Qeyd edək ki, turun əvvəlki görüşlərində “Zirə” “Kəpəz”i 2:0 hesabı ilə məğlub edib. “Turan-Tovuz” – “Neftçi” görüşündə isə hesab açılmayıb.

Tura noyabrın 30-da yekun vurulacaq.

Namiq HUN

TodayPress TV

tag: İmişli,Sabah,Liqa,Futbol,Todaypress.tv,