"Sabah" Azərbaycanın əmsalını daha da artırdı

"Sabah" Azərbaycanın əmsalını daha da artırdı
15.07.2026 09:05 İdman

"Sabah" UEFA reytinqində Azərbaycanın əmsalını daha da artırıb.

TodayPress TV xəbər verir ki, bu, ölkə təmsilçisinin Uelsdə TNS komandasına UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda 2:0 hesabı ilə qalib gəlməsi sayəsində mümkün olub.

Bu qələbə sayəsində Valdas Dambrauskasun baş məşqçisi olduğu kollektiv Azərbaycana əlavə olaraq 0,250 əmsal qazandırıb.

Beləliklə, Azərbaycanın cari mövsümdə əldə etdiyi əmsal 1,000 olub. Ölkə hazırda 19,562 əmsalla 26-cı pillədə qərarlaşıb. 27-ci yerdə Bolqarıstan (18,312), 25-ci mövqedə İsrail (20,750) yer alıb.

UEFA reytinqində İngiltərə (101,852) liderdir.

Xatırladaq ki, Bakıda rəqibini iki cavabsız qolla üstələyən "Sabah" qitənin bir nömrəli klub turnirinin II təsnifat mərhələsinə vəsiqə qazanıb. Azərbaycan çempionu bu raundda "Kups"la (Finlandiya) münasibətlərə aydınlıq gətirəcək.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər