"Sabah" Azərbaycan Kubokunun qalibi oldu - VİDEO

"Sabah" Azərbaycan Kubokunun qalibi oldu - VİDEO
13.05.2026 22:05 İdman

"Sabah" 2025/2026 mövsümündə Azərbaycan Kubokunun qalibi olub.

TodayPress TV  xəbər verir ki, finalda "Zirə" ilə qarşılaşan "bayquşlar" 2:1 hesablı qələbəyə seviniblər.

Hərçənd ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv erkən qolla geriyə düşüblər. 4-cü dəqiqədə Eren Aydın "qartallar"ı hesabda irəli çıxarıb. İkinci hissədə toparlanan "Sabah" 70-ci dəqiqədə Patrik Mbinanın, 90+1-ci dəqiqədə Coy Lens Mikelsin qolu ilə qələbə qazanıblar.

Qeyd edək ki, bu, "Sabah"ın tarixində qazandığı ilk Azərbaycan Kuboku olub.

 

xxx

Azərbaycan Kubokunun final matçında “Sabah”la “Zirə” üz-üzə gəlir.

TodayPress TV bildirir ki, oyun “Palms Sports Arena”da keçirilir.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər