Rusiyalı üzgüçü Bosfor marafonunda itkin düşdü

Rusiyalı üzgüçü Bosfor marafonunda itkin düşdü
25.08.2025 11:10 İdman

29 yaşlı rusiyalı üzgüçü Nikolay Sveçnikov ənənəvi Bosfor üzgüçülük marafonu zamanı itkin düşüb. 

TodayPress TV xəbər verir ki, bu barədə Mash teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, 3 min iştirakçı arasında finişə çata bilməyən yeganə idmançı Sveçnikov olub. Türkiyə Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə 37-ci dəfə baş tutan üzgüçülük marafonunda 81 ölkədən olan idmançılar bir araya gəliblər.

Nikolay Sveçnikovun yoxa çıxması barədə təşkilatçılar və İstanbul polisi məlumatlandırılıb.

Namiq HUN

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər