İrana qarşı hücumlar dağıdıcı olacaq
İrana mümkün hücumun sürətli və dağıdıcı olacağı iddia edilir.
TodayPress TV xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Trampa təqdim olunan mümkün hərbi əməliyyat variantları arasında İranın nüvə obyektlərinin tunellərinə və girişlərinə zərbələr endirilməsi, eləcə də strateji əhəmiyyət daşıyan adalara hücumlar yer alır.
Bu adalar arasında Xarq və Qeşm adalarının da olduğu bildirilir.
Qeyd edək ki, sözügedən məlumat mümkün əməliyyat ssenariləri ilə bağlıdır. Hücumun həyata keçiriləcəyi barədə rəsmi qərar açıqlanmayıb.
Kübra Musayeva