İsrail İranda kimləri hədəfə alıb? - Adlar AÇIQLANDI
İsrailin mümkün hədəfləri arasında İranın yüksək vəzifəli hərbi və təhlükəsizlik rəsmilərinin olduğu bildirilir.
TodayPress TV xəbər verir ki, İsrail KİV-lərinin yaydığı məlumata görə, hədəflər siyahısına İranın Ali dini liderinin hərbi məsələlər üzrə müşaviri Yahya Rəhim Səfəvi, SEPAH komandanı Əhməd Vahidi və İran Ali Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi daxildir.
Siyahıda, həmçinin İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Bəsic qüvvələrinin və Hərbi Dəniz Qüvvələrinin komandanlarının da adları yer alır.
Məlumatın rəsmi təsdiqi barədə açıqlama verilməyib.
Kübra Musayeva