Rumıniya futbolu Dan Petresku üçün dualar edir
Rumıniya Futbol Federasiyasının prezidenti Cino Yorgulesku keçmiş baş məşqçi Dan Petreskuda xərçəng xəstəliyinin olması xəbəri ilə bağlı danışıb.
TodayPress TV xəbər verir ki, o, bu barədə “Daily Mail” bildirib:
“Nə deyəcəyimi bilmirəm - vəziyyət həssasdır. Tanrı Danın sağalmasına kömək etsin, çünki müalicə mövcuddur. Dəqiq diaqnozu bilmirəm, amma anlayıram ki, vəziyyət çox ciddidir. O, kimyaterapiya kursu keçir. Belə xəbərlərdən üzüldüm - dərimdə sanki qarışqa gəzir”.
Qeyd edək ki, Dan Petresku məşqçi kimi “Rapid” (Buxarest), “Vistula” (Krakov), “Kuban”, “Dinamo Moskva” (hər ikisi Rusiya), “Al-Arabi”, “Kluj” və “Jeonbuk Hyundai Motors” (Koreya) klublarda çalışıb.
Dekabrın sonunda Petresku 58 yaşını qeyd edib.
Namiq HUN