Rulyinin “Mançester Siti” macərası yenidən başlayır!

Rulyinin “Mançester Siti” macərası yenidən başlayır!
12.08.2026 14:34 İdman

Argentina millisinin qapıçısı Xeronimo Rulyi “Marsel” klubundan “Mançester Siti” komandasına keçib.

TodayPress TV xəbər verir ki, “şəhərlilər” 34 yaşlı qapıçı ilə ikiillik müqavilə imzalayıb. 

Saziş 2028-ci ilin yayına qədər qüvvədə olacaq. Transfer beynəlxalq icazənin alınmasından sonra rəsmiləşəcək.

Qeyd edək ki, Rulyi “Mançester Siti”yə ikinci dəfə qayıdıb. O, 2016/2017-ci illər  mövsümündə də Mançester təmsilçisinin heyətində olub, lakin əsas komandada heç bir oyuna çıxmayıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 AVQUST 2026
Bütün Xəbərlər