Rosenyor “Çelsi”yə təyinatını təsdiqlədi
İdman
06.01.2026 12:15
“Strasburq” klubunun baş məşqçisi Liam Rosenyor Londonun “Çelsi” klubunu çalışdıracaq.
TodayPress TV insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, mütəxəssis bu məlumatı şəxsən təsdiqləyib.
“Bəli, mən dünyanın ən yaxşı klublarından biri olan “Çelsi”nin yeni baş məşqçisi olacağam”, - deyə Rosenyor bildirib.
Xatırladaq ki, yanvarın 1-də London klubunun rəhbərliyi Enzo Mareskanı baş məşqçi postundan uzaqlaşdırıb.
Qeyd edək ki, Liam Rosenyorun 41 yaşı var. İngiltərəli mütəxəssis bundan əvvəl ölkəsinin üçüncü və ikinci divizionlarında çıxış edən “Derbi” və “Hall Siti” klublarında çalışıb. O, 2024-cü ildən etibarən Fransanın “Strasburq” klubunun baş məşqçisi təyin olunub. Qeyd edək ki, bu klub ümumi sahiblərə görə faktiki olaraq “Çelsi”nin farm-klubu hesab olunur.
Cari mövsümdə “Strasburq” UEFA Konfrans Liqasının qrup mərhələsini qalib kimi başa vurub və klub hazırda Fransa Liqa 1-də yeddinci pillədə qərarlaşıb.
Namiq HUN
tag: Liam Rosenyor,Strasburq,Çelsi,Transfer,Todaypress.tv,
