Ronaldudan sirr dolu gediş: “Hər şeyi vaxtı gələndə açıqlayacağam!”

Ronaldudan sirr dolu gediş: “Hər şeyi vaxtı gələndə açıqlayacağam!”
01.10.2026 09:02 İdman

Portuqaliya milli komandasının hücumçusu Kriştianu Ronaldu UEFA Millətlər Liqasının 3-cü turunda Danimarka ilə matçdan əvvəl yığmanın düşərgəsini tərk etmək qərarına münasibət bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında məlumat yayıb. 

“Milli komandanın baş məşqçisinin mətbuat konfransından və Portuqaliya Futbol Federasiyasının prezidenti ilə söhbətdən sonra yığmanın təlim-məşq düşərgəsini tərk etmək qərarına gəldim.

Vaxtı gələndə hər zaman sadiq olduğum milli komandadan ayrılmağımın səbəbləri haqqında bütün portuqaliyalılara həqiqəti danışacağam.

İndi isə Portuqaliyaya və müstəsnasız olaraq bütün komanda yoldaşlarıma uğurlar arzulamaq vaxtıdır”, - deyə Ronaldu bildirib.

Daha əvvəl baş məşqçi Jorje Jezuş aralarında heç bir münaqişənin olmadığını desə də, futbolçunun milli komandanın məşqini tərk etdiyini və Danimarka ilə oyunda iştirak etməyəcəyini söyləyib. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
01 OKTYABR 2026
Bütün Xəbərlər