Rubio Ukraynanın NATO ümidinə nöqtə qoydu?
ABŞ dövlət katibi Marko Rubio Ukraynanın NATO-ya üzvlüyü məsələsinin hazırda müzakirə olunmadığını bildirib.
TodayPress TV xəbər verir ki, Rubio bunu İslandiyanın xarici işlər naziri Torgerdür Katrin Qunnarşdottirlə Reykyavikdə keçirdiyi birgə mətbuat konfransında jurnalistlərə açıqlamasında deyib.
ABŞ dövlət katibinin sözlərinə görə, hazırda Vaşinqton Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatların başa çatdırılmasına diqqət yetirir.
Rubio həmçinin ABŞ-nin münaqişənin nizamlanmasında konstruktiv rol oynamağa çalışdığını qeyd edib.
Gültac Mehdizadə