Paşinyandan Rusiyaya daha bir ZƏRBƏ
Ermənistan Rusiyanın dəmir yolundakı konsessiyasını dəyişmək istəyir.
TodayPress TV xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə dəmir yolunun idarə edilməsinə dair Rusiya ilə bağlanmış konsessiya müqaviləsinə xitam verilməsi məsələsinə münasibət bildirib.
Paşinyan bildirib ki, bununla bağlı konkret son tarix müəyyənləşdirmək düzgün deyil. Onun sözlərinə görə, hökumətin konsessiya müqaviləsinə xitam vermək üçün həm aləti, həm də əsaslandırması var.
Baş nazir hansı əsaslandırmadan söhbət getdiyini açıqlamayıb. O qeyd edib ki, Ermənistan tərəfi bu barədə zamanı çatanda danışacaq.
Paşinyanın sözlərinə görə, məsələ hüquqi əsasdan çox siyasi qərarla bağlıdır.
Kübra Musayeva