Rusiya yenə hücuma hazırlaşır: Zelenskidən təcili XƏBƏRDARLIQ
Ukrayna kəşfiyyatı Rusiyanın yeni kütləvi zərbə hazırlığı ilə bağlı yenilənmiş məlumatlar əldə edib.
TodayPress TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, Ukrayna artıq mümkün hücuma qarşı tədbirlər görür. Hava hücumundan müdafiənin gücləndirilməsi ilə bağlı prioritet tapşırıqların icrası davam etdirilir.
Zelenski ukraynalıları hava həyəcanı siqnallarına laqeyd yanaşmamağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.
Prezident Rusiyanın mümkün zərbəsinin dəqiq vaxtı və miqyası barədə məlumat verməyib.
Kübra Musayeva