Paşinyandan Ermənistanda saxlanılan hərbçimizlə bağlı AÇIQLAMA
Sərhədi keçdikdən sonra saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayev hələlik Ermənistanda qalacaq.
TodayPress TV xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hərbçiyə qarşı açılmış cinayət işinin davam etdiyini və onun hazırda həbsdə olduğunu bildirib.
Mümkün mübadilə məsələsinə toxunan Paşinyan konkret cavab verməyib. O, gələcəkdə Ermənistan hərbçisinin Azərbaycan ərazisinə keçməsi halında belə bir mübadilənin problem yarada biləcəyini qeyd edib.
Kübra Musayeva