Rusiyadan Ermənistana qazla bağlı XƏBƏRDARLIQ
Ermənistan qaz alışında Rusiyadan daha sərfəli şərtlər tapa bilməz.
TodayPress TV-nin xarici mediaya istinadla verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, Ermənistan hazırda Rusiyanın təklif etdiyi güzəştli qaz alış şərtlərini başqa heç bir yerdə əldə edə bilməz. Nazirlik qeyd edib ki, ölkənin qaz üzrə bazar qiymətlərinə keçməsi Ermənistan büdcəsinə əlavə yük yarada bilər.
Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kalugin isə Avropa İttifaqının mümkün maliyyə dəstəyinin kredit formasında təqdim edilə biləcəyini bildirib. Onun sözlərinə görə, bu halda Ermənistanın borc yükü arta bilər.
Kübra Musayeva