Girnədə gəmi qəzası: Daha bir cəsəd tapıldı

Girnədə gəmi qəzası: Daha bir cəsəd tapıldı
06.10.2026 22:17 Dünya

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Girnə şəhəri yaxınlığında batan “Filo Jet” sərnişin gəmisində itkin düşən şəxslərin axtarışı zamanı daha bir nəfərin meyiti tapılıb.

TodayPress TV xəbər verir ki, bu barədə ŞKTC Baş Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün zəruri araşdırmalara başlanılıb.

Son hadisə ilə birlikdə gəmi qəzasında ölənlərin sayı 24-ə yüksəlib. İtkin düşən şəxslərin sayı isə 4-ə enib.

Axtarış-xilasetmə işlərinin itkin şəxslərin tapılması məqsədilə davam etdirildiyi bildirilib.

Aysel Mətləb

XƏBƏR LENTİ
06 OKTYABR 2026
Bütün Xəbərlər