Fransada məktəblilər Yeliseyi ayağa qaldırdı! Təcili müşavirə keçirilir

Fransada məktəblilər Yeliseyi ayağa qaldırdı! Təcili müşavirə keçirilir
06.10.2026 23:44 Dünya

Fransa Prezidenti Emmanuel Makron yuxarı sinif şagirdlərinin etirazları ilə bağlı vəziyyəti müzakirə etmək üçün təcili müşavirə keçirəcək.

TodayPress TV xəbər verir ki, bu barədə BFMTV Fransa liderinin administrasiyasına istinadən məlumat yayıb.

Müşavirənin oktyabrın 6-da Yelisey sarayında keçirilməsi planlaşdırılır.

Məlumata görə, görüşdə bir sıra nazirlər, o cümlədən Baş nazir Sebastyan Lekornu və Milli Təhsil naziri Eduar Jefre iştirak edəcək.

Qeyd edək ki, Fransada təhsil şəraitindən narazı olan yuxarı sinif şagirdlərinin küçə etirazları davam edir.

Oktyabrın 6-da keçirilən nümayişlərdə 450 min nəfərin iştirak etdiyi, onlardan 100 mininin Parisdə küçələrə çıxdığı bildirilir. Son bir həftə ərzində etirazlar zamanı 715 polis əməkdaşının və 215 tələbənin xəsarət aldığı qeyd olunur.

Aysel Mətləb

XƏBƏR LENTİ
07 OKTYABR 2026
Bütün Xəbərlər