Dron hücumu NATO-nu hərəkətə gətirə bilmədi
Bolqarıstan Qara dənizdə gəmilərə dron hücumundan sonra NATO-nun 4 və 5-ci maddələrinin işə salınması üçün əsas görmür.
TodayPress TV xəbər verir ki, bunu ölkənin Baş naziri Rumen Radev bildirib. Onun sözlərinə görə, hücum Bolqarıstanın müstəsna iqtisadi zonasında baş versə də, bu ərazi ölkənin ərazi suları hesab edilmir.
Radev hadisəni “son dərəcə narahatedici” adlandırıb. O, dronların hansı ölkəyə məxsus olduğunun hələ müəyyənləşdirilmədiyini qeyd edib.
Kübra Musayeva