Azərbaycanın U-20 millisi yoxlama oyununda Yaponiyaya qalib gəldi

Azərbaycanın U-20 millisi yoxlama oyununda Yaponiyaya qalib gəldi
06.10.2026 18:09 İdman

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununda Yaponiyanın U-20 millisi ilə üz-üzə gəlib.

TodayPress TV xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə yekunlaşıb.

Qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılmadan birbaşa penaltilər seriyasına keçid olunub.

Burada daha dəqiq oynayan (5:4) Ruy Jorjenin baş məşqçisi olduğu kollektiv qələbə qazanan tərəf olub.

Qeyd edək ki, Azərbaycanın U-20 komandası ilk yoxlama matçında Moldovaya 0:1 hesabı ilə uduzub.

XƏBƏR LENTİ
06 OKTYABR 2026
Bütün Xəbərlər