Zelenski Rusiyanın Qara dənizdə gəmiçiliklə bağlı planını İFŞA ETDİ

Zelenski Rusiyanın Qara dənizdə gəmiçiliklə bağlı planını İFŞA ETDİ
06.10.2026 22:08 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Qara dənizin qərb hissəsində gəmiçiliyi iflic etməyə çalışdığını bildirib. 

TodayPress TV xəbər verir ki, Zelenski gecə saatlarında Bolqarıstan sahillərində iki gəminin hücuma məruz qaldığını deyib.

Onun sözlərinə görə, gəmilərdən biri batıb. Zelenski bildirib ki, Ukrayna Silahlı Qüvvələri həmin ərazidə heç bir əməliyyat keçirməyib.

Kiyev Bolqarıstan tərəfi ilə məsləhətləşmələrdən sonra hadisənin Rusiyanın dəniz və hava dronları ilə həyata keçirdiyi kombinə edilmiş hücumun nəticəsi olduğunu hesab edir.

Bolqarıstan tərəfi isə dronların hansı ölkədən buraxıldığının hələ dəqiq müəyyənləşdirilmədiyini açıqlayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
06 OKTYABR 2026
Bütün Xəbərlər