Ronaldu həlledici oyun öncəsi mesaj verdi!
Portuqaliyalı hücumçu Kriştianu Ronaldu mövsümün həlledici oyunu öncəsi paylaşımı ilə diqqət çəkib.
TodayPress TV xəbər verir ki, “Əl-Nəsr” klubunun lideri Səudiyyə Ərəbistanı çempionatının son turunda keçiriləcək “Damak” matçı öncəsi sosial şəbəkə hesabında paylaşım edib.
“Bir oyun!” – deyə Ronaldu “X” sosial şəbəkəsində yazıb.
Hazırda “Əl-Nəsr” 83 xalla turnir cədvəlinin lideridir. Komandanın ən yaxın izləyicisi “Əl Hilal” isə 81 xala malikdir.
Qeyd edək ki, Kriştianu Ronaldu cari mövsüm bütün turnirlərdə keçirdiyi 36 oyunda 28 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Namiq HUN