Ronaldo yenə gündəmdə: 16 ildən sonra ilk dəfə het-triksiz il
İdman
31.12.2025 09:51
Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo son 16 ildə ilk dəfə qeyri-adi statistika ilə gündəmə gəlib.
TodayPress TV xəbər verir ki, 2025-ci təqvim ilində Ronaldo rəsmi oyunlarda heç bir het-trik etməyib.
Bu, onun 2009-cu ildən bəri ilk belə göstəricisidir. Bununla belə, 40 yaşlı hücumçu ili məhsuldar keçirib və bütün turnirlər üzrə 41 qol vurub.
Ronaldo karyerası ərzində 5 dəfə Çempionlar Liqasının, Avropa çempionatının və 2 dəfə Millətlər Liqasının qalibi olub. O, Portuqaliya millisinin, Çempionlar Liqasının, Avropa çempionatının və Klublararası Dünya Kubokunun tarixində ən çox qol vuran futbolçu statusunu qorumaqda davam edir.
Qeyd edək ki, ulduz futbolçu 2022-ci ilin dekabrında Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna transfer olunub. Ronaldo buna qədər Avropanın aparıcı klubları — “Sportinq”, “Mançester Yunayted”, “Real Madrid” və “Yuventus” formalarını geyinib.
Namiq HUN
tag: Ronaldo,Əl-Nəsr,Qol,Real Madrid,Todaypress.tv,
