Ronaldo ailə dəyərlərini ön plana çıxardı

İdman

01.01.2026 10:28

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun 40 yaşlı hücumçusu Kriştianu Ronaldo anası Doloreş Aveirunu ad günü münasibətilə təbrik edib. 

TodayPress TV xəbər verir ki, Ronaldonun anası 31 dekabrda 71 yaşını qeyd edib.

“Səni təbrik edirəm, ana! Hər şey üçün, var olduğun və hər zaman yanımda olduğun üçün təşəkkür edirəm. Səni çox sevirəm”, - deyə Ronaldo sosial şəbəkə hesabında anası ilə birlikdə çəkilmiş yeni fotosunu paylaşaraq yazıb.

Səudiyyə Ərəbistanı çempionatında keçirilən XI turdan sonra “Əl-Nəsr” 31 xal toplayaraq turnir cədvəlində lider mövqedə qərarlaşıb. Komanda ən yaxın izləyicisi olan “Əl-Taavun”u 3 xal qabaqlayır.

Qeyd edək ki, 2025-ci ildə Kriştianu Ronaldo peşəkar karyerasında 14-cü dəfə bir təqvim ili ərzində 40 qol həddinə çatıb. 

Namiq HUN

TodayPress TV

tag: Əl-Nasr,Kriştianu Ronaldo,Təbrik,Doloreş Aveiru,Todaypress.tv,