Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı

Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı
30.07.2026 09:21 İdman

“Real Madrid” Rodri transferinə ümumilikdə 101,3 milyon avro xərcləyə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. 

Bildirilir ki, “kral klubu” futbolçunun transferi üçün 40-50 milyon avro ödəməyi planlaşdırır. Oyunçunun razılaşdırılmış müqavilə üzrə maaşı da nəzərə alındıqda, ümumi xərclər 101,3 milyon avroya çatacaq.

Mənbənin iddiasına əsasən, 30 yaşlı yarımmüdafiəçinin transferi ilə bağlı yekun qərar klubların nümayəndələri arasında bu gün keçiriləcək görüşdən sonra verilə bilər.

Qeyd edək ki, Rodri 2025/2026-cı illər mövsümündə “Mançester Siti”nin heyətində 33 oyunda meydana çıxıb, 2 qol vurub. O, İspaniya millisinin heyətində 2026-cı il dünya çempionatının qalibi olub və turnirin ən yaxşı futbolçusu seçilib.

Daha əvvəl futbolçunun “Real Madrid”lə şəxsi müqavilənin şərtlərini razılaşdırdığı bildirilmişdi. Rodrinin “Mançester Siti” ilə hazırkı müqaviləsi 2027-ci ilin ortalarınadək qüvvədə olsa da, futbolçu hələlik yeni müqavilə barədə danışıqlar aparmaq niyyətində deyil.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Bütün Xəbərlər