Rocer Federer gündəmdə: 45 yaşlı əfsanədən yeni fotolar
Tennis üzrə 20 qat “Böyük dəbilqə” çempionu, keçmiş dünya 1 nömrəsi Rocer Federer sosial şəbəkə hesabında yeni fotolarını paylaşıb.
TodayPress TV xəbər verir ki, isveçrəli tennisçi fotoları “Ailəvi tətilləri sevirəm” qeydi ilə yayımlayıb.
Rocer Federer peşəkar karyerasını 2022-ci ilin sentyabrında başa vurub. O, Londonda keçirilən 2022-ci il Leyver Kubokunda sonuncu dəfə korta çıxıb. Federer vida matçını 22 qat “Böyük dəbilqə” çempionu, keçmiş dünya 1 nömrəsi Rafael Nadal ilə cütlükdə keçirib.
/i/x/n/17863426801019661159.jpg)
Qeyd edək ki, Federer avqustun 8-də 45 yaşını qeyd edib. O, bu il Beynəlxalq Tennis Şöhrət Zalına daxil ediləcək.
Namiq HUN