Roberto Karlos: “Səhhətimlə bağlı narahatlığa əsas yoxdur”
İdman
01.01.2026 10:11
Madridin “Real”, Mahaçqala “Anji” klublarının və Braziliya millisinin sabiq müdafiəçisi Roberto Karlos səhhəti ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
TodayPress TV xəbər verir ki, son günlər sosial şəbəkələrdə yayılan xəbərlərdə futbol əfsanəsinin ayağındakı tromb səbəbindən müayinədən keçdiyi, ürək problemlərinin aşkarlandığı və əməliyyat olunduğu iddia edilirdi.
Roberto Karlos bu məlumatlara rəsmi açıqlama ilə cavab verib.
“İnternetdə yayılan son məlumatlara aydınlıq gətirmək istəyirəm. Bu yaxınlarda tibbi komandamla əvvəlcədən planlaşdırılmış profilaktik tibbi prosedurdan keçdim. Prosedur uğurla başa çatdı və özümü yaxşı hiss edirəm. Məndə infarkt olmayıb.
Bərpa prosesim normal gedir və tezliklə tam fiziki formama qayıdaraq peşəkar və şəxsi fəaliyyətlərimi davam etdirməyi səbirsizliklə gözləyirəm.
Dəstək, qayğı və narahatlıqlarını bildirən hər kəsə səmimi təşəkkürümü bildirirəm. Hamını əmin edirəm ki, narahatlığa əsas yoxdur”, — deyə Roberto Karlos sosial şəbəkə hesabında yazıb.
Namiq HUN
tag: Real,Anji,Roberto Karlos,Səhhət,Todaypress.tv,
