Rinqdə böyük döyüş: Yeniyetmə boksçularımız Avropanın ən güclüləri ilə üz-üzə!

Rinqdə böyük döyüş: Yeniyetmə boksçularımız Avropanın ən güclüləri ilə üz-üzə!
30.09.2026 16:26 İdman

Azərbaycan boksçuları Avropa çempionatı üçün Budvaya yollanır. 

TodayPress TV xəbər verir ki, oktyabrın 3-də Monteneqronun Budva şəhərində boks üzrə U-17 Avropa çempionatı start götürəcək. 

Yarışda 40 ölkədən 500-dək boksçunun iştirakı gözlənilir. 9 gün davam edəcək qitə çempionatında Azərbaycan milli komandası da medala iddialı heyətlə mübarizə aparacaq.

Məşqçilər korpusu yarışda 21 boksçuya şans verəcək:

Qızlar: Aysel Fərəcova (46 kq), Aydan İsmayıllı (48 kq), Leyla Mahmudlu (52 kq), Alsu Yafarova (54 kq), Cəmilə Muradlı (57 kq), Fidan Bakarova (63 kq), Səma Abbasova (66 kq) və Xumar Cəfərli (+80 kq).

Oğlanlar: Həsrət Məmmədov (46 kq), Nihad Məmmədli (48 kq), Vaqif Məmmədli (50 kq), İsmayıl Nəsirzadə (52 kq), Qardaş Rəhimov (54 kq), Məhəmmədəli İstamov (57 kq), Əli Abaslı (60 kq), Məhəmmədəli Rüstəmov (63 kq), Yusif Həsənli (66 kq), Hidayət Məmmədov (70 kq), Yusif Ağakişiyev (75 kq), Şükar Əliyev (80 kq) və Mehran Rəsulov (+80 kq).

Avropa çempionatında ədaləti qoruyanlar arasında həmyerlilərimiz Anar Nağdıyev və Qalib Əbiyev də hakim kimi yer alacaqlar.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
30 SENTYABR 2026
Bütün Xəbərlər