Rinqdə Azərbaycan zəfəri: Əli Baxışov finala yüksəldi!
Serbiyanın Loznitsa şəhərində keçirilən boks üzrə U-19 Avropa çempionatında Azərbaycan millisinin üzvü Əli Baxışov finala vəsiqə qazanıb. Banuçiçək Nəsirli isə turniri bürünc medalla başa vurub.
TodayPress TV xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Əli Baxışov yarımfinalda Türkiyə təmsilçisi Furkan Avarla qarşılaşıb.
Boksçumuz rəqibini 3:2 hesabı ilə məğlub edərək adını finala yazdırıb. Hakimlərin fərdi hesabları belə olub: 28:29, 30:27, 29:28, 30:27, 28:29.
Əli Baxışov final görüşündə İtaliya təmsilçisi Daniele Fabi ilə qarşılaşacaq.
48 kq çəki dərəcəsində çıxış edən Banuçiçək Nəsirli isə yarımfinalda İrlandiya təmsilçisi Ellen Coysla üz-üzə gəlib. Rəqibinin finala yüksəlməsi səbəbindən Azərbaycan boksçusu Avropa çempionatını bürünc medalla başa vurub.
Namiq HUN